Prezidentin köməkçisi: 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykot çağırışlarına uyğun gəlmir

12-11-2024, 10:13 0 dəfə baxılıb

Prezidentin köməkçisi: 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykot çağırışlarına uyğun gəlmir

60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib.

"COP29-u boykot etməklə bağlı çağırışlarla əlaqədar tövsiyə edərdim ki, ətrafa baxasınız. Bu gün bu tədbirdə - COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib. Bunun da mütləq əksəriyyətini - 60 mindən çoxunu xaricilər təşkil edir. Bu, bəzi təşkilatların COP29-u boykotla bağlı çağırışlarına uyğun gəlmir. İkincisi, bu tədbir beynəlxalq media təsisatları tərəfindən işıqlandırılır. Burada 3 mindən çox xarici media nümayəndəsinin akkreditasiyası və qeydiyyatı həyata keçirilib", - Prezidentin köməkçisi vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930