COP29-da konfrans nəqliyyatından bu qədər iştirakçı istifadə edib

13-11-2024, 17:19 1 dəfə baxılıb

COP29-da konfrans nəqliyyatından bu qədər iştirakçı istifadə edib

Məlum olduğu kimi, noyabrın 11-dən etibarən Bakıda COP29 iqlim konfransı öz işinə başlayıb.

Konfransda iştirak etmək məqsədilə paytaxta səfər edən çoxsaylı qonaqların təhlükəsiz və rahat daşınmasının təmin edilməsi üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən koordinasiyalı hazırlıq işləri çərçivəsində tədbir məkanı, hava limanı və şəhərin müxtəlif strateji ərazilərində yerləşən nəqliyyat qovşaqları arasında müvafiq nəqliyyat sxemi tətbiq edilməkdədir.

5 -11 noyabr tarixlərində konfrans öncəsi ilkin sessiyalar və konfransın ilk günləri ərzində tədbir məkanı və müxtəlif nəqliyyat qovşaqları arasında xüsusi marşrutlar üzrə fəaliyyət göstərən avtobuslar vasitəsilə 58 000-dən çox iştirakçının hərəkəti təmin edilib.

Qurumların operativ koordinasiyası və paytaxt yollarında nəqliyyat axınının peşəkar tənzimləməsi nəticəsində COP29 iştirakçıları yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031