Braziliyalı nazir: “Yaşıl keçid”i dəstəkləmək üçün maliyyə resurslarına ehtiyac var”

13-11-2024, 17:47 0 dəfə baxılıb

Braziliyalı nazir: “Yaşıl keçid”i dəstəkləmək üçün maliyyə resurslarına ehtiyac var”

“Yaşıl keçid”i dəstəkləmək üçün geniş miqyasda əlavə, proqnozlaşdırılan və adekvat maliyyə resurslarının təmin edilməsinə təcili ehtiyac var.

Bunu Braziliyanın maliyyə naziri İvan Olivera BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Almaniyanın pavilyonunda təşkil olunmuş "İnkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan iqtisadiyyatlarda yaşıl keçid üçün geniş miqyasda özəl kapitalın açılması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, qlobal maliyyə bazarlarında mövcud olan likvidliyin böyük bir hissəsi “yaşıl keçid”i dəstəkləmək üçün istifadə oluna bilər və istifadə olunmalıdır: “Bu kontekstdə zəmanətlər, “yaşıl investisiyalar”ı cəlb etmək üçün vacib, lakin hələ də kifayət qədər istifadə olunmayan bir vasitədir. Zəmanət alətləri və bu prosesə cəlb olunan aktorlar arasında əlaqəsizlik var və onların “yaşıl keçid”in maliyyələşdirilməsində rolu hələ də məhduddur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930