Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır

13-11-2024, 18:24 4 dəfə baxılıb

Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır

Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar.

Bunu baş nazir Nikol Paşinyan parlamentdə "hökumət saatı" zamanı deyib.

O bildirib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib: “Regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”.

N.Paşinyan, həmçinin bildirib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031