COP29-un on ikinci günündən FOTOREPORTAJ

22-11-2024, 12:36 7 dəfə baxılıb

COP29-un on ikinci günündən FOTOREPORTAJ
Azərbaycanda keçirilən BMT-nin İqlim sammitinin on ikinci günü davam edir. Son günlər olmasına baxmayaraq, konfrans əvvəlki sürətlə davam edir. Müxtəlif zallarda iclas, görüşlər keçilərkən ümumi zal və dəhlizlərdə ekoaktivistlər fərqli üsullarla iqlim dəyişikliyinin törətdiyi zərərlərə diqqət çəkməyə çalışırlar.
Bizim.Media xəbər verir ki, hazırda Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların fəaliyyətinə start verilib. Beynəlxalq Ətraf Mühit Hüququ Mərkəzində danışıqlar yenilənib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasına dünyanın 190 ölkəsindən iştirakçılar qatılıb.
Konfrans ərzində bir çox iş adamları, dövlət rəsmiləri və müxtəlif təşkilat nümayəndələri görüşlər üçün Bakıya gəliblər. Bəzi ölkələrin nümayəndələri hər gün iclas və konfranslarda, bəziləri isə bir neçə günlük konfranslarda iştirak edirər.
Bizim.Media






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930