Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub

25-11-2024, 17:11 5 dəfə baxılıb

Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub

UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) oyununa satılan bilet sayı bəlli olub.

Ağdam klubundan verilən məlumata görə, artıq 17500 azarkeş bilet alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.

Qeyd edək ki, “Qarabağ” - “Lion" oyunu noyabrın 28-də, saat 21:45-də başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930