KİV: Suriya qoşunları Hələb yaxınlığında əks-hücuma keçib

Bu gün, 08:49 0 dəfə baxılıb

KİV: Suriya qoşunları Hələb yaxınlığında əks-hücuma keçib

Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.

Bu barədə Livanın "Al Mayadeen" xəbər yayıb.

Məlumata görə, hökumət qüvvələri əməliyyat zamanı Əl-Bakum şəhərini azad edib. Bundan əvvəl Suriyanın digər bölgələrindən də Hələbə hərbi qüvvələr göndərilib. Dəməşq və Hələbi birləşdirən M-5 beynəlxalq magistral yolunda silahlı dəstələrin hücum təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Noyabrın 27-də baş verən xain hücum zamanı “Cəbhət ən-Nusra” terrorçuları və onunla müttəfiq olan radikal qruplaşmalar Hələbə təhlükəli şəkildə yaxınlaşaraq, şəhərin 7-10 kilometrliyində bir neçə strateji mövqeni tutublar. Camiat əz-Zəhra, Cdeyda, Əz-Zərb və əl-Mənsurə ətraflarından qaçqın axınları 2016-cı ildə qeyri-qanuni silahlı qruplardan azad edilən şimal paytaxtına axışıb.

Hökumət qüvvələri Hələb yaxınlığındakı cəbhənin bir neçə bölməsində düşmənin irəliləyişinin qarşısını almağa müvəffəq olub, o, itki verib, bir neçə yüz silahlı məhv edilib. Terrorçu dəstələri Anadan, Atarib, Həyyan və Xareytandan şəhərə soxulmağa çalışaraq Neyrab beynəlxalq hava limanına hücum ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930