“O zaman həqiqəti deyə bilmədim” - Benzia

2-12-2024, 17:01 5 dəfə baxılıb

“O zaman həqiqəti deyə bilmədim” - Benzia

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Fransa mətbuatına danışıb.

O, Əlcəzair millisinin xeyrinə seçimi barədə fikirlərini söyləyib.

“18-19 yaşım olanda Fransanın “Canal+” telekanalına müsahibə vermişdim. Siz başa düşməlisiniz ki, mənim bütün uğurlarım Fransanın gənclərdən ibarət komandalarında başlayıb: Dünya çempionatı U-17, AVRO U-19... Amma buna baxmayaraq, Əlcəzair həmişə mənim bir parçam olub və ürəyimdədir. Gənc olanda və Fransa matçlarına baxanda xoşbəxt idim. Zidanı və bütün həmin nəsli gördüm.

Amma Əlcəzair millisinin oyununu görəndə fərqli hisslər keçirdim. Stresli idim, Əlcəzairin qalib gəlməsini çox istəyirdim. Fransa yığmasında isə hər şey fərqli idi: qalib gəlsələr, yaxşıdır, olmasa, mənim üçün fərqi yox idi. Məndən hansı ölkədə oynamaq istədiyimi soruşduqda Fransa cavabını verirdim. Həmin müsahibəni verəndə mənə əvvəlcədən məlumat göndərilmişdi. Ona görə də o zaman həqiqəti deyə bilmədim. Futbol siyasətdir, bəzən demək istəmədiyin şeyləri söyləməli olursan”, - Benzia qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930