Azərbaycanın olimpiya mükafatçısı 2024-cü ili reytinqdə ikinci pillədə başa vurub

6-12-2024, 10:55 6 dəfə baxılıb

Azərbaycanın olimpiya mükafatçısı 2024-cü ili reytinqdə ikinci pillədə başa vurub

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedov dünya reytinqində 2024-cü ili ikinci pillədə başa vurub.

Bu, Dünya Taekvondosunun (World Taekwondo) rəsmi saytında dekabr ayı üçün açıqladığı reytinqdə əksini tapıb.

58 kq çəki dərəcəsində yer alan idmançının mövqeyində dəyişiklik olmayıb. O, 120 xalla ikinci sırada yer alıb.

Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon (200 xal) ilk sıradadır.

Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930