Azərbaycanın iki ölkədə səfirliyi, bir dövlətdə isə baş konsulluğu hazırda fəaliyyət göstərmir

9-12-2024, 14:48 7 dəfə baxılıb

Azərbaycanın iki ölkədə səfirliyi, bir dövlətdə isə baş konsulluğu hazırda fəaliyyət göstərmir

Hazırda Azərbaycanın üç xarici ölkədə - Liviya və Suriyada səfirlikləri, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyət göstərmir.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2001-ci ildə "Diplomatik xidmət haqqında" qanun qəbul ediləndə Azərbaycanın təxminən 40-a yaxın diplomatik missiyası var idi:

“Bu gün isə 71 səfirlik, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyət göstərir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031