Gürcüstanda bu gün prezident seçkiləri keçirilir

14-12-2024, 10:07 8 dəfə baxılıb

Gürcüstanda bu gün prezident seçkiləri keçirilir

Gürcüstan parlamentində ölkənin altıncı prezidentinin seçkiləri başlayıb.

Prezident ilk dəfə birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilir.

Kollegiyaya Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif regionlarının bələdiyyə orqanlarının - rayon sakrebulosunun 109 deputatı daxildir.

Prezidentin seçilməsi üçün seçki kollegiyasının 2/3-nin dəstəyi lazımdır. Hakim "Gürcü Arzusu" partiyasının seçki kollegiyasındakı seçicilərinin sayı kifayət qədər çoxdur.

Parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalifətçilər prezidentliyə namizədlərini də irəli sürməyiblər.

Beləliklə, Gürcüstan prezidentliyinə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidir.

Prezidentin andiçmə mərasimi dekabrın 29-na planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930