Azərbaycanda bu il 13545 yanğın olub

16-12-2024, 16:23 7 dəfə baxılıb

Azərbaycanda bu il 13545 yanğın olub

Bu il respublika üzrə il ərzində 13545, o cümlədən Bakı şəhərində 4472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb.

Bu barədə dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə keçirilən iclasda bildirilib. 

Qeyd olunub ki, bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031