Putin Paşinyanın sədrlik edəcəyi iclasa qatılacaq

24-12-2024, 12:35 3 dəfə baxılıb

Putin Paşinyanın sədrlik edəcəyi iclasa qatılacaq

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikola Paşinyanın sədrliyi ilə keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Görüş dekabrın 26-da Leninqrad vilayətindəki “İqora” sanatoriya-kurort kompleksində baş tutacaq.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumatı TASS-a açıqlamasında təsdiqləyib.

Ermənistan bu il Avrasiya İqtisadi Şurasına sədrlik edir. Tədbirdə Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri ilə yanaşı müşahidəçi ölkələr Özbəkistan və Kuba da iştirak edəcək. Uşakov əlavə edib ki, Kubanın iştirakı bu ölkənin prezidenti Migel Dias-Kanel formatında nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031