Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirildi

26-12-2024, 12:28 6 dəfə baxılıb

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirildi
Azərbaycanda milli matəm günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və Türkiyə şəhidliyində bayraqlar yarıya endirilib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial media üzərindən paylaşım edib.
“AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına görə elan edilən milli matəm günü ilə bağlı olaraq Səfirliyimizdə və Azərbaycandakı şəhidliklərimizdəki bayraqlarımız yarıya endirilib. Faciəli qəzada həyatını itirən qardaşlarımızı bir daha rəhmətlə yad edirik, ailələrinə başsağlığı veririk. Dost Azərbaycan xalqının dərin kədərini paylaşırıq”,-deyə paylaşımda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031