Sabah Xocalıya növbəti köç olacaq - 119 nəfər doğma yurduna qayıdır

26-12-2024, 16:21 0 dəfə baxılıb

Sabah Xocalıya növbəti köç olacaq - 119 nəfər doğma yurduna qayıdır

Xocalı rayonunun Ballıca kəndinə ikinci köç olacaq.

Köç sabah - dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutacaq. Sabah Ballıca kəndinə 21 ailənin yəni 119 nəfərin köçürülməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər. 

Böyük qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə  müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınacaq. 

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, artıq 27 ailə - 152 nəfər Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728