Qəzada yaralananların qohumları Qazaxıstana yola salınır

27-12-2024, 16:24 7 dəfə baxılıb

Qəzada yaralananların qohumları Qazaxıstana yola salınır

Yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir. Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır.

Bu barədə Səhiyəə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın Qazaxıstan Respublikasında müalicəsi davam edir. Qazaxıstana ezam olunan tibbi personal aparılan müalicə tədbirlərinin ölkələrin tibb mütəxəssisləri arasında koordinasiyalı təşkilini təmin edəcək, yaralıların yaxınları onların tezliklə əvvəlki sağlamlıqlarına qovuşmasında mənəvi dayaq olacaqlar.

Yaralıların vəziyyəti qənaətbəxş və təxliyə üçün uyğun olduqda, onların dərhal Bakıya gətirilməsi təmin ediləcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031