Bu gün Qobustan və Ələtin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

29-12-2024, 09:26 4 dəfə baxılıb

Bu gün Qobustan və Ələtin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar olaraq, dekabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb
Bildirilib ki, alternativ mənbədən istehlakçıların qaz təchizatı təmin ediləcək.
Lakin alternativ mənbənin təmin edilməməsi halında, Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələri, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930