"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

2-01-2025, 12:13 6 dəfə baxılıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb
"Formula 1" üzrə 2025-ci ildə keçiriləcək Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.
Yeni mövsüm 24 raunddan ibarət olacaq.
Martın 14-16-sı aralığında Avstraliya Qran-prisi ilə start götürəcək mövsüm, 5-7 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yekunlaşacaq.
Yeni mövsümün yarışları 5 qitədə baş tutacaq. 2025-ci ildə altı sprint keçiriləcək. Mövsümöncəsi sınaqlar isə fevralın 26-28-də yenidən Bəhreyndə olacaq.
Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında reallaşacaq.
Qeyd edək ki, "Formula 1"də ötən mövsümün qalibi "McLaren" olub. Komanda 2024 mövsümünün yekununda 666 xal toplayıb. "Ferrari" 652 xalla ikinci, "Red Bull" isə 589 xalla üçüncü olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930