KİV: Cənubi Koreyalı müstəntiqlər ölkə prezidentini həbs edə bilməyiblər - YENİLƏNİB-3

3-01-2025, 10:57 1 dəfə baxılıb

KİV: Cənubi Koreyalı müstəntiqlər ölkə prezidentini həbs edə bilməyiblər - YENİLƏNİB-3

Cənubi Koreya Prezidenti Yun Sok Yolun iqamətgahına gələn ölkənin Yüksək Vəzifəli Məmurlar Arasında Korrupsiyanın Araşdırılması İdarəsinin (CIO) müstəntiqləri, məhkəmənin qərarına əsasən, prezidenti həbs etmək cəhdlərini dayandırıblar.

Bu barədə “Yonhap” xəbər verir.

Müstəntiqlər həmçinin növbəti addımların nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq Yun Sok Yolun davranışından təəssüfləndiklərini bildiriblər.

***

Müstəntiqlər Cənubi Koreya Respublikasının Prezidenti Yun Sokun həbsinə cəhd edərkən hərbi qulluqçuların kordonlarını çətinliklə keçiblər, indi dövlət başçısının mühafizəçiləri ilə razılaşmalı olacaqlar.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Daha əvvəl hərbçilərin həbsin qarşısını almağa çalışdıqları barədə məlumat daxil olub.

***

Cənubi Koreya Prezidenti Yun Sok Yolu həbs etmək üçün onun iqamətgahına gedən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə binanı və dövlət başçısını qoruyan hərbçilər arasında toqquşmalar baş verib.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, hərbi qulluqçular iqamətgahın ərazisində prokurorluq əməkdaşlarının qarşısını kəsiblər.

Digər təfərrüatlar açıqlanmır.

***

Cənubi Koreyanın hüquq-mühafizə orqanlarının əməkdaşları qiyam ittihamı ilə həbs etmək üçün Prezident Yun Sok Yolun iqamətgahına gediblər.

Bu barədə "Yonhap" agentliyi xəbər yayıb.

Həbs əvvəllər verilmiş order çərçivəsində həyata keçirilir. Eyni zamanda, tərəfdarları hələ də bir gün əvvəl orada prezidentə dəstək üçün kütləvi aksiya təşkil etdikləri Yun Sok Yolun iqamətgahındadır.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031