Zelenski: Trampla andiçmədən sonra görüşə bilərik

3-01-2025, 15:34 2 dəfə baxılıb

Zelenski: Trampla andiçmədən sonra görüşə bilərik
“ABŞ-nin yeni seçilən prezidenti Donald Trampla onun andiçməsindən sonra görüşə bilərik”.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski telekanallardan birinin efirindəki marafon zamanı deyib.
Bununla belə o, Trampın əsas prioritetinin ölkədaxili məsələlər olacağını da diqqətə çatdırıb:
“Trampın beynəlxalq gündəmini isə Ukrayna və Yaxın Şərq məsələləri təşkil edəcək. O eyni zamanda Sakit okean regionu, habelə Çin və Koreya ətrafında baş verənlərə diqqəti yönəldəcək. O, telefon söhbətimiz zamanı mənə demişdi ki, vəzifəsinin icrasında başladıqdan sonra mənim Vaşinqtona səfər etməyimi istəyir. Tramp, həmçinin müharibənin sona çatdırılmasını özünün prioriteti elan edib. Bu səbəbdən hesab edirəm ki, onun andiçmə mərasimindən sonra bizim aramızda görüş olacaq. Mən onu da istəyirəm ki, ABŞ-nin yeni prezidentinin ölkəmizdəki münaqişənin həllinə dair planı bizim mövqeyimizə uyğun olsun. Bizim növbəti addımlarımız bundan asılı olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930