Azərbaycana ötən il turist axını 26 % artıb

7-01-2025, 18:06 0 dəfə baxılıb

Azərbaycana ötən il turist axını 26 % artıb
2024-cü ildə Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
Bu, 2023-cü illə müqayisədə 26 % çoxdur.
Təkcə ötən ilin ancaq dekabr ayında isə ölkəyə 202 440 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 11 % çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox turist 679 903 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (389 173 nəfər), 3-cü yerdə isə Hindistan (214 669 nəfər) qərarlaşıb. Bundan başqa, il ərzində İrandan 193,9 min, Gürcüstandan 99,9 min, Səudiyyə Ərəbistandan 93,8 min, Qazaxıstandan 79,7 min, Pakistandan 72,8 min, Çindən 42,2 min, Özbəkistandan 40,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 37,6 min, Ukraynadan 33,1 min, Türkmənistandan 29,9 min, Küveytdən 29,4 min, İsraildən 26,5 min turist gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031