Məşhur Hollivud aktyoru Entoni Hopkinsin evi külə dönüb

9-01-2025, 12:28 9 dəfə baxılıb

Məşhur Hollivud aktyoru Entoni Hopkinsin evi külə dönüb

Kaliforniyada baş verən yanğınlar nəticəsində Entoni Hopkinsin evi tamamilə məhv olub.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, aktyor evi 2021-ci ildə alıb. Pasifik Palisades rayonunda dörd yataq, beş hamam otağı olan tikili üçün 6 milyon dollar ödəyib.

Qeyd edək ki, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. TMZ-nin məlumatına görə, aktrisa Peris Hiltonun evi tamamilə yanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930