Qurban Qurbanov Juninyonun gedişindən danışdı

9-01-2025, 17:12 3 dəfə baxılıb

Qurban Qurbanov Juninyonun gedişindən danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacağı gözlənilən forvard Olavio Juninyo ilə bağlı danışıb.

52 yaşlı mütəəssis braziliyalı hücumçunun hansı kluba transfer olacağının qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib:

“Juninyonun gələcəyi hələ tam konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl “Sevilya” ilə razılaşmışdı, sonra “Flamenqo” da təklif göndərdi. Həm meneceri ilə, həm klubların rəhbərlikləri ilə danışıqlar gedir. Yəqin qarşıdakı günlərdə tam bilinəcək”.

Qeyd edək ki, İspaniyanın “Sevilya” və Braziliyanın “Flamenqo” klubu Juninyonu transfer etmək istəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930