Zaxarova: Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır

16-01-2025, 16:54 0 dəfə baxılıb

Zaxarova: Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır
Rusiya mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının neqativ münasibətindən və konfrontasiya mahiyyətindən danışır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı məlumdur: vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz xalqlarına qarşı istifadə edilməsi", - o bildirib.
M.Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi vəziyyətin sabitliyinin pozulması və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz: "Aİ missiyası Cənubi Qafqaz üçün yad bir cisimdir. Region qarşısında duran bütün aktual məsələlər kənardan müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir".
Diplomat vurğulayıb ki, Aİ missiyasının yerləşdirilməsi barədə qərar Azərbaycanla razılaşdırılmadan qəbul edilib: "Niyə kənar müşahidəçi olmayan və sabitlikdə yaxından maraqlı olan regional oyunçunun fikri nəzərə alınmır?".
XİN nümayəndəsi əlavə edib ki, Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031