Hökumənin ailəsindən oğurlanan 80 min geri QAYTARILDI - RƏSMİ

18-01-2025, 15:18 0 dəfə baxılıb

Hökumənin ailəsindən oğurlanan 80 min geri QAYTARILDI - RƏSMİ
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən lazımi tədbirlər görülüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 manat pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin olunub.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dünən dələduzların qurbanı olub. Atası Cəlil Alıyevin kart hesabından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığortapulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031