ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək

24-01-2025, 09:21 11 dəfə baxılıb

ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək.

Tramp bunu inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib.

"Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək", - ABŞ lideri bildirib.

Bu arada yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində Tehranın nüvə silahı yaratmaq məqsədinin olmadığını bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031