Gələn il 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır

24-01-2025, 10:30 17 dəfə baxılıb

Gələn il 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır
"2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır".
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda konfransda çıxışı zamanı deyib.
"Bu tədris ilində peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilmişdir ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. Əhatəliliklə bağlı hədəf davam edir və 2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır.
Əhatəliliyin artırılması üçün bir çox şərtlər mövcuddur və bu şərtlərdən ən vacibi siyasi iradədir. Bu istiqamətdə ölkə başçısının peşə təhsilinin inkişafı ilə bağlı konkret hədəfləri mövcuddur. Bu hədəflər çərçivəsində peşə təhsilinin infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi mühüm yer tutur", - o bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031