ABŞ kəşfiyyatı: “HƏMAS” 15 minə qədər adamını öz sıralarına cəlb edib

25-01-2025, 09:18 9 dəfə baxılıb

ABŞ kəşfiyyatı: “HƏMAS” 15 minə qədər adamını öz sıralarına cəlb edib
 
Fələstinin “HƏMAS” hərəkatı İsraillə müharibə başlayandan bəri 10-15 min insanı öz sıralarına cəlb edib.
Bu barədə “Reuters” ABŞ Konqresindəki hərbi kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məqalə dərc edib.
Agentlik yazıb ki, bu, təşkilatın hələ də İsrail üçün təhlükə yarada biləcəyini göstərə bilər.
Bundan əvvəl ABŞ bəyan edib ki, münaqişənin aktiv mərhələsi başlayandan təxminən eyni sayda “HƏMAS” döyüşçüsü öldürülüb.
“İsrail hər dəfə hərbi əməliyyatlarını dayandırıb geri çəkiləndə, HƏMAS yaraqlıları yenidən toplaşır və peyda olurlar”, - deyə keçmiş dövlət katibi Entoni Blinken bildirib.
Eyni zamanda, nəşr qeyd edib ki, “HƏMAS”ın öz sıralarına cəlb etdiyi şəxslərin çoxu gənc və təcrübəsiz, döyüşə hazır olmayan və əsasən sadə təhlükəsizlik işləri ilə məşğul olan insanlardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930