Tofiq Bəhramovun anadan olmasından 100 il ötür

29-01-2025, 10:38 5 dəfə baxılıb

Tofiq Bəhramovun anadan olmasından 100 il ötür
Bu gün Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür.
 “Qızıl fit” və “Qızıl ilahə” mükafatlarının sahibi, dünyada adına stadion olan ilk hakim Tofiq Bəhramov prinsipiallığı və obyektivliyi ilə hər zaman gənc həmkarlarına örnək olmağı bacarıb.
Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən hakim oyundan sonra kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi “Qızıl fit” mükafatına layiq görülüb.
Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930