Qlobal istiləşmə və iqlimin təsiri ilə ağaclarda xəstəliklər yaranır.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bitkilərin məruz qaldığı bəzi xəstəliklərin mənşəyi bilinməyən xəstəliklərin səbəbi araşdırılır:
"Bilinən xəstəliklərə qarşı mübarizə aparılır, dezinfeksiya işləri və ağacları qorumaq üçün tədbirlər görülür. Amma elə xəstəliklər var ki, onlarla bağlı biliklər çox deyil, öyrənilir. İnanıram ki, alimlər tərəfindən bunlara qarşı da tədbirlər müəyyən olunacaq.
Qlobal istiləşmə və iqlimin təsiri illə ağaclarda xəstəliklər yaranır. Ağacların yaşı və quraqlıq məsələləri də öz təsirini göstərir. Biz yeni, daha dayanıqlı növlərin əkilməsinə çalışırıq. Hazırda Yevlaxda Eldar şamı, Xan çinar və digər növləri əkirik. Onların burada uyğunlaşma prosesini izləmək üçün imkan olacaq".(Report)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.