Spikerdən Aqil Abbasa irad: "Bu, parlament sözüdür?"

3-02-2025, 13:11 4 dəfə baxılıb

Spikerdən Aqil Abbasa irad: "Bu, parlament sözüdür?"
Milli Məclisin deputatı Aqil Abbas həmkarı Musa Quliyevin həkimlərlə bağlı təklifinə münasibət bildirib. 
O bildirib ki, Reklam haqqında qanuna dəyişiklik yaz sessiyasının işlər planına salınmalıdır.
"Mənfur Sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. “Mercedes”in reklamı özüdür. Əhliman müəllimin, Rəşid müəllimin reklamları özüdür. Amma indi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə "uzman" adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır. Düzdür, bu özəl televiziyalara ziyan vuracaq. Çünki onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir", - o qeyd edib.
Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirib. "Arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930