Moskvada partlayış: “Arbat” batalyonun erməni komandiri komaya düşdü

3-02-2025, 14:59 7 dəfə baxılıb

Moskvada partlayış: “Arbat” batalyonun erməni komandiri komaya düşdü

Moskvadakı “Qırmızı yelkənlər” yaşayış kompleksində baş verən partlayış nəticəsində Ukraynaının Donbas vilayətində qurulmuş “Arbat” batalyonunun komandiri Armen Sarkisyan ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.

Rusiya KİV-lərinin məlumatına görə, partlayış Sarkisyan təhlükəsizlik qüvvələrinin müşayiəti ilə zaldan keçərkən baş verib.

Yaşayış kompleksində baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır, bir neçə nəfərin öldüyü bildirilir.

Ölənlər arasında Armen Sarkisyanın mühafizəçisi Oleq Kaspiroviç də var.

Armen Sarkisyanın hazırda komada olduğu, sol ayağının kəsildiyiyi bildirilir.

Armen Qorlovski kimi tanınan 46 yaşlı Sarkisyan Qorlovkada qanunsuz döyüşçülərin təlimi ilə məşğul olub.

A.Sarkisyan Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunur. O, Ukraynada axtarışa verilib, əvvəllər Ukrayna vətəndaşlığı olub.

"Arbat" batalyonu Armen Sarkisyan tərəfindən 2022-ci ildə Ukrayna ərazisində yaradılmış qanunsuz silahlı dəstədir. Təxminən 500 nəfərdən ibarətdir, əksəriyyəti etnik ermənilərdir. Dəstə Donbasda Ukrayna ordusuna qarşı döyüşür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930