Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir

4-02-2025, 13:06 8 dəfə baxılıb

Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər davam etdirilir və sülh sazişinin hazırlanması prosesində də müsbət dinamika müşahidə olunur.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Armenpress”ə müsahibəsində deyib.
“Həqiqətən çox yaxın olduğumuz sülh sazişinin tamamlanmasına, müsbət dinamikanın mövcud olduğu delimitasiya prosesinin irəliləməsinə və kommunikasiyaların açılmasına yanaşmalarımız konstruktivdir və davamlı sülhün əldə olunmasına yönəlib”, - o qeyd edib.
P.Hovhannisyan bildirib ki, bu prosesi dəstəkləmək üçün bütün tərəfdaşlarla iş davam edir.
“Əlbəttə, biz nəticə əldə edəcəyimizə inanmalıyıq”, - o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930