Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

5-02-2025, 11:14 8 dəfə baxılıb

Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb
İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib.
"Əslində Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, nümayəndələrimiz də daimi əlaqədədir, biz çox fəal işləyirik, nə etmək lazım olduğu barədə ümumi anlayış var", - o qeyd edib.
"Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi belə aktiv dialoqda olmayıb və əlaqələr üçün heç bir maneə yoxdur" - baş nazir bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031