KİV: Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb

8-02-2025, 10:00 0 dəfə baxılıb

KİV: Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb
Almaniya kansleri Olaf Şoltsun hökuməti təxminən 39 milyard avro həcmində silah ixracını təsdiqləyib ki, bu da sələfi Angela Merkelin dövründəkindən 65 % çoxdur.
Bu barədə “Deutschlandfunk” radio stansiyası məlumat yayıb.
KİV “Sara Vagenknext İttifaqı – ağıl və ədalət naminə” qrupundan olan Bundestaq deputatı Sevim Dağdelenin sorğusuna Almaniyanın İqtisadiyyat Nazirliyinin cavabını əks etdirən sənədi əldə edib.
2021-ci ilin oktyabrından 2024-cü ilin dekabrınadək təxminən 39 milyard avro həcmində ixrac təsdiqlənib. Əvvəlki qanunvericilik dövründə (2018-2021) bu göstərici 23,6 milyard avro təşkil edib. Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrə silah tədarükü 10,8 milyard avrodan 25,5 milyard avroya qədər əhəmiyyətli dərəcədə artıb. Bu həcmin böyük hissəsi Ukraynanın payına düşüb.
Dağdelenin özü bu rəqəmləri şərh edərkən “mənəvi müflisləşmənin etirafı”ndan danışıb. Deputatın fikrincə, Almaniyanın xarici siyasəti diplomatik həll yolu əvəzinə silah tədarükü vasitəsilə hərbi münaqişələrin davam etdirilməsinə yönəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728