Azərbaycanda qadınlar elm və təhsil sahəsində liderdir

11-02-2025, 10:31 9 dəfə baxılıb

Azərbaycanda qadınlar elm və təhsil sahəsində liderdir
11 fevral – “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Günü kimi qeyd edilir
Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunu vurğulamaqdır.
Azərbaycan elminin inkişafında qadınların aktivliyi hər keçən il daha da artır. 2023-cü ilin göstəricilərinə əsasən ölkəmizdə elmi işçilərin 59,2 faizi qadınlardır. Ötən il də doktorantura pilləsində qəbul olunanların 50%‑dən çoxunu qadınlar təşkil edib. Eyni zamanda dünyada və ölkəmizdə texnologiya sahəsində qadınların iştirak payı 30%-dir.
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031