ABŞ VƏ İNGİLTƏRƏ ARASINDA UKRAYNA UĞRUNDA RƏQABƏT GÜCLƏNİR...

12-02-2025, 15:31 690 dəfə baxılıb


Yayılan  məlumatlara  görə   ABŞ  prezidenti  Donald Trampın xüsusi  nümayəndəsi  bu  günlərdə  Rusiya  Fedarasiyasının  paytaxtı Moskvaya  gəlib.
 
ABŞ  təmsilçisinin  Rusiya  tərəfi  ilə  apardığı  danışıqların  əsas  mövzusu  üç  ildir  davam  edən  Rusiya-Ukrayna  müharibəsində  atəşkəsə nail olmaqdır. 
ABŞ-Rusiya-Ukrayna  siyasətçiləri  arasında  aparılan gizli danışıqların  aşkara  çıxdığı  məlum  olur. 
  
Ukrayna prezidenti Vladimir Zelenski  keçən ilin payızında “qələbə planı”nın təqdimatı zamanı  vurğulamışdı ki, Ukrayna təbii ehtiyatlara :  dəmir ,  uran, titan, litium, qrafit və digər metallara sahibdir və  bu sərvətlər trilyonlarla ABŞ dolları dəyərindədir.  Prezident  Donald Tramp  da  ABŞ-ın Ukraynaya avropalı müttəfiqlərindən daha çox hərbi və iqtisadi yardım göstərdiyini vurğulayaraq ,  Vaşinqtonun  Ukraynanın qiymətli metallarına çıxışını təmin edəcək saziş bağlamaq niyyətində olduğunu  bildirib. Məlumatlara  görə  Tramp  Ukraynanın  təhlükəsizliyini  təmin  etməyin  əvəzində ;  bu  ölkənin  trilyon  dollarla  dəyərləndirilən  təbii  sərvətlərini  tələb  edir.
  
Ukrayna  tərəfi  də  ölkəsinin  təhlükəsizliyini  təmin etmək  baxımından ABŞ-ın qarantisini ala bilmək üçün  ərazisindəki   faydalı qazıntıların [ dəmir , uran , titan ,  litium , qrafit  və s. ]
 
"Ağ  Ev"in   nəzarətinə keçməsiə  razıdır. Lakin  o da  məlumdur  ki , bu  yaxınlarda  Ukrayna ilə İngiltərə arasında 100  illik müddətə  strateji  saziş  imzalanmışdı.
   
Diğər  tərəfdən  2022-i ildə  Türkiyənin  İstanbul  şəhərində  Rusiya - Ukrayna  müharibəsində  atəşkəs  razılaşması  haqqında  danışıqlar  aparılarkən , bu  razılaşma   İngiltərənin  müdaxiləsi  nəticəsində  pozulmuşdu.  Bu  reallıqlar  göstərir  ki , Ukrayna uğrunda  ABŞ  və İngiltərə arasında  ciddi  rəqabət  mövcuddur.
   
Görünən  budur  ki , ABŞ  istəyinə  çatmaq  üçün  müharibənin  dayandırılmasına  tələsir  İngiltərə  isə  əksinə ;  ABŞ-ın   planını  pozmaq üçün müharibənin davam  etməsinə  çalışır.  Görünən  odur  ki ,  əzəli  müttəfiqlər  olan  Böyük  Britaniya  ilə  ABŞ  arasında :  pul , var - dövlət ,  trilyonları mənimsəmək  uğrunda gərginliyin artacağı  gözlənilir .  Hadisələrin  gedişi  göstərir  ki ,  Ukrayna müharibəsindən  sonra  durum  aşağıdakı  kimi  olacaq :
1. Ukrayna  Krım , Zaporojye , Donetsk  və  Luqansk  vilayətləri  ilə   vidalaşmalı  olacaq ;
2. Rəsmi  Kiyev   uzun  illər  Londonla  Vaşinqton  arasında  seçim  etmək  çətinliyi  ilə  üzləşəcək ;
3. İqtisadi  baxımdan çox  ağır duruma  düşdüyü  üçün  Rusiya  get - gedə  zəifləyəcək  və  süquta  uğrayacaq .
  
Ukrayna  siyasətçiləri  güclənmədən , müharibəyə  tam  hazır  olmadan  Qərbin :  "demokratiya" , "insan  haqqları"  kimi  şirin  vədlərinə  inanaraq , Rusiya  İmeriyası  ilə  qarşıdurmaya  getdiyi  üçün ; öz  xaıqının  faciələr  yaşamasına  səbəb  oldu.
  
Hesab  edirik  ki ,  Azərbaycan  dövləti  geopolitik  durumu  düzgün qiymətləndirir.
 
Rəsmi  Bakı  yürütdüyü , ehtiyatlı , tarazlı  siyasəti  ilə  Dövlətimizi  və  Xalqımızı  təhlükələrdən  qoruyur.

Qəvami  Sadıqbəyli, Jurnalist - politoloq .
12  Fevral  2025 - ci  il.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728