Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinə yeni üzvlər seçildi - SİYAHI
MOK-un IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün İcraiyyə Komitəsi üzvlərinin adları müəyyənləşib.
Prezident İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bugünkü baş məclisdə növbəti dəfə MOK-un prezidenti seçilib.