Dünyada 30-a yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır

Bu gün, 07:00 0 dəfə baxılıb

Dünyada 30-a yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır
“Avropa ölkələri Ukraynanın təhlükəsizliyinin təmin edilməsi yükünü bölüşməyə hazırdır”.
Bunu Fransa prezidenti Emmanuel Makron “Fox News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, 30-a yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində iştirak etməyə hazırdır:
“Mən 30 Avropa lideri və müttəfiqi ilə danışmışam. Onların çoxu belə bir razılaşmanın, bu və ya digər növ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmağa hazırdır. Lakin liderlər Rusiya tərəfindən müqavilələrin mümkün pozulması ehtimalı halında ABŞ-dən həmrəylik siqnalı almaq istəyirlər”.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Avropa qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsində problem görmədiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728