Rafael Fiziyev amerikalı idmançı ilə döyüşmək niyyətindədir

25-02-2025, 18:20 6 dəfə baxılıb

Rafael Fiziyev amerikalı idmançı ilə döyüşmək niyyətindədir
Azərbaycan idmançısı Rafael Fiziyev amerikalı Castin Qeyci ilə döyüşmək niyyətindədir.
O, Las-Veqasda (ABŞ) baş tutacaq “UFC 313” turnirində C.Qeyci ilə döyüşmək üçün avstraliyalı Den Hakeri əvəzləməyə hazır olduğunu açıqlayıb.
R.Fiziyev amerikalı idmançıya təkrar döyüş təklifi edib. Bir müddət əvvəl D.Hakerin döyüşdən geri çəkildiyi barədə xəbər yayılmışdı.
Qeyd edək ki, C.Qeyci və R.Fiziyev 2023-cü ilin martında “UFC 286” turnirində döyüşüblər. Görüş üç raunddan sonra hakimlərin yekdil qərarı ilə amerikalının qələbəsi ilə başa çatıb. Bu, azərbaycanlı idmançının UFC-də üçüncü məğlubiyyəti olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031