İcazə verildi: Öcalanla görüşəcəklər

26-02-2025, 19:33 5 dəfə baxılıb

İcazə verildi: Öcalanla görüşəcəklər
Türkiyənin Ədliyyə Nazirliyi DEM Partiyasının deputatlarına PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşməsinə icazə verib.
Onlar Öcalanla üçüncü dəfə görüşmək üçün sabah İmralı adasına gedəcəklər.
DEM Partiyası bəyan edib ki, nümayəndə heyəti üçüncü səfərini cümə axşamı səhər edəcək və "görüş tamamlandıqdan sonra fevralın 28-də Ankarada keçiriləcək mətbuat konfransında görüş və onun nəticələri haqqında geniş məlumat verəcək".
Nümayəndə heyətinə DEM Partiyasının millət vəkilləri Sırrı Süreyya Öndər və Pərvin Buldan, həmçinin Mardin Böyükşəhər Bələdiyyə Başçısı Əhməd Türk, DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan, Öcalanın vəkili Faiq Özgür daxildir 
DEM Partiyası rəhbərliyi Öcalanın çağırışının elan ediləcəyi toplantı üçün bütün millət vəkillərini və əyalət sədrlərini Ankaraya çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031