Assosiasiya: "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır

27-02-2025, 11:07 18 dəfə baxılıb

Assosiasiya: "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır
Azərbaycanda "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır.
Bunu "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin sədri Murad Yəhyayev bildirib.
"Hazırda qüvvədə olan 2015-ci ildə qəbul edilib. Bu günə qədər ona müəyyən əlavə və dəyişikliklər edilib. Ancaq bu qanun bazarın, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun diaqnostikası aparırıq. Azərbaycan Mərkəzi Bankı bu işlə məşğuldur. AFBİA da sırf praktiki olaraq bazarda yaşanan çətinliklər barədə müzakirələr aparır. Qanunun yenilənməsi qısamüddətli iş deyil, proses uzun çəkir, ən yaxşı halda 1 il davam edir. Ümid edirik ki, maksimum 1-1,5 ilə bu proses yekunlaşacaq. Təkmil qanun həm bazarın inkişafına töhfə verəcək, həm də investorların hüquqlarının müdafiəsi və digər istiqamətlərdə bizneslərin bu sahəyə marağının artırılmasına səbəb olacaq", - deyə o qeyd edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930