Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir

4-03-2025, 15:11 7 dəfə baxılıb

Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir

Bu gün Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC-də Avrasiya Dağ Turizmi Forumu keçirilir. 

"Report"un Şahdağa ezam olunmuş müxbiri xəbər verir ki, tədbir Avrasiya Dağ Kurortları Alyansının və səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda təşkil olunub.

Forumda Agentliyin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının, həmçinin Belarus, Gürcüstan və Qırğızıstanın 150-yə yaxın turizm nümayəndəsi iştirak edir.

Forumun açılışı Alyansa üzv dövlətlərin xizək təlimçilərinin öz milli musiqilərinin müşayiəti altında yürüşü ilə başlayıb.

Martın 6-na kimi davam edəcək Forumda Alyansın 2025-2026-cı ilə dair fəaliyyət planı, dağ turizminin inkişafı və turizm marşrutlarının yaradılması, kurortlarda təhlükəsizliyin təşkili, Alyans ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, təşkilatın inkişafında vahid standartın yaradılması, qış turizminin inkişafında dövlət dəstəyinin təşkili, həmçinin Mərkəzi Asiya ölkələri ilə işbirliyinin artırılmasına dair məsələlər və layihələr müzakirə olunacaq.

Forum çərçivəsində Alyans ölkələrinin nümayəndələri arasında xizək yarışı və milli mətbəx festivalı təşkil ediləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930