Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik

11-03-2025, 12:50 17 dəfə baxılıb

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik

Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır.

Bunu ölkə Prezidenti Mixail Kavelaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.

O, Azərbaycan nümayəndə heyətini Orbeliani sarayında qəbul edib.

Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Ölkələrin müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

M.Kavelaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031