Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb

11-03-2025, 18:59 4 dəfə baxılıb

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də ADA Universitetində tələbələrlə görüşüb.
Qordana Silyanovska-Davkova çıxışında iki ölkə arasındakı dostluq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
O, Azərbaycan və Şimali Makedoniya arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edərək, xüsusilə təhsil, iqtisadiyyat və mədəni sahələrdə əlaqələrin inkişafına diqqət çəkib.
Daha sonra Prezident regiondakı geosiyasi vəziyyət, Şimali Makedoniyanın beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, ölkəsinin Avropa ilə əlaqələrinin möhkəmləndirilməsinə dair atılan addımlardan danışıb və Azərbaycanın beynəlxalq arenada artan rolunu yüksək qiymətləndirib.
Görüş interaktiv şəkildə davam edib və Prezident Qordana Silyanovska-Davkova tələbələrin suallarını cavablandırıb.
Gənclərlə açıq dialoq aparan dövlət başçısı onların gələcək planları, təhsil imkanları və ikitərəfli münasibətlərin perspektivləri ilə maraqlanıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930