Səudiyyə Ərəbistanı XİN: Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazın inkişafı üçün təməl olacaq

15-03-2025, 10:59 5 dəfə baxılıb

Səudiyyə Ərəbistanı XİN: Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazın inkişafı üçün təməl olacaq
Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, Ər-Riyad bu sazişin Cənubi Qafqazda sabitlik və inkişafın yeni mərhələsi üçün təməl olacağına ümid edir.
"Krallıq beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, həmçinin inkişaf və rifah üçün şəraitin yaradılmasına yönəlmiş bütün səylərə dəstəyini təsdiqləyir", - bəyanatda qeyd olunub.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi həmçinin münaqişələrin sülh yolu ilə həllinə və beynəlxalq ictimaiyyətin rifahı naminə diplomatik təşəbbüslərin davam etdirilməsinə sadiqliyini təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930