Tramp milli təhlükəsizlik üçün faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb

21-03-2025, 13:56 5 dəfə baxılıb

Tramp milli təhlükəsizlik üçün faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məqsədilə faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb.

Tramp bunun üçün 1950-ci ildə Prezident Harri Trumenin dövründə qəbul edilmiş Müdafiə İstehsalı Aktı (DPA) çərçivəsində dövlət başçısının fövqəladə səlahiyyətlərindən istifadə edib.

Qanun milli təhlükəsizlik üçün kritik hesab edilən resursların təchizatını artırmaq üçün hökumət resurslarının səfərbər edilməsini nəzərdə tutur. Buraya istehsalın genişləndirilməsi layihələrinin maliyyələşdirilməsi üçün istehsala icazələrin və kreditlərin verilməsinin sürətləndirilməsi daxildir.

Tramp bildirib ki, onun sərəncamı nadir torpaq metalları da daxil olmaqla, mühüm mineral ehtiyatların istehsalının kəskin artmasına gətirib çıxaracaq.

Bu qərarın məqsədi Çindən resurs idxalından asılılığı azaltmaqdır. Hökumətin məlumatına görə, ABŞ azı 15 növ mineralın idxalına görə xaricdən asılıdır, özü də nadir torpaq metallarının 70%-i Çindən alınır. ABŞ həm də mis və alüminiumun əsas idxalçısıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930