Baş nazir: ABŞ-yə etibar edə bilmərik

28-03-2025, 16:42 10 dəfə baxılıb

Baş nazir: ABŞ-yə etibar edə bilmərik


Kanada ABŞ administrasiyasının mövcud siyasəti fonunda öz iqtisadi strategiyasını nəzərdən keçirəcək. 

Bunu Kanadanın baş naziri Mark Karni Kanada-ABŞ münasibətlərində yaranmış vəziyyəti şərh edərkən deyib. 

Baş nazirin sözlərinə görə, Ottava ilə Vaşinqton arasında əvvəlki münasibətlər mümkün deyil və bu, onun Amerika bazarından asılılığını azaltmaq üçün digər bazarlara üz tutmaqla müstəqilliyini artıracaq.

"Biz artıq ABŞ ilə ticarət əlaqələrinə əvvəlki kimi etibar edə bilmərik", - Karni qeyd edib. 

O, Kanadanın dünyanın digər regionlarında ticarət bazarlarına keçməyi planlaşdırdığına aydınlıq gətirib. "Biz avtomobil sənayesi üçün komponentlərdən tutmuş polad, alüminium və kritik minerallara qədər tam Kanada tədarük zənciri yaradacağıq", - Karni deyib. 

Mark Karni həmçinin yaranmış vəziyyətlə əlaqədar olaraq ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirəcəyini də açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031