Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb

31-03-2025, 11:33 4 dəfə baxılıb

Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb

Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Tbilisidə keçirilən etiraz aksiyası zamanı polis avtomobilinə zərər yetirən Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü D.K.-nın saxlanılıb.

Nazirliyin yaydığı məlumata görə, 28 mart tarixində Rustaveli prospektində keçirilən aksiyada üzünü xüsusi maska ilə gizlədən şəxs DİN-in balansında olan avtomobili məqsədli şəkildə zədələyib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində onun kimliyi müəyyən edilib və Tbilisidə saxlanılıb.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.

Cinayət sübuta yetirilərsə, saxlanılan şəxs 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930