Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi - Manukyan

4-04-2025, 16:25 9 dəfə baxılıb

Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi - Manukyan

Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandıran zaman bildirib ki, Azərbaycanın vaxtilə işğal altındakı ərazilərindəki qondarma qurumun “müdafiə naziri”ni Ermənistan Respublikası təyin edirmiş.

O, qondarma rejimin “prezidenti”nin “müdafiə naziri” təyin etmək səlahiyyətinin olmadığını deyib. Təqsirləndirilən şəxs daha sonra bildirib: “Ermənistan Respublikasında idarəetmə sistemindən asılı olaraq “müdafiə naziri”ni ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi”.

O, qondarma rejimin “ordusu”nda xidmət edən zabitlərə ali hərbi rütbələrin də Ermənistan tərəfindən verildiyini bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031